IQNA

Video | Əhməd Əbulqasiminin yeni qiraəti

İranın beynəlxalq Quran qarisi Əhməd Əbülqasimi, Həzrət Peyğəmbərin (s) mövludu və vəhdət həftəsi münasibəti ilə bir məsciddə keçirilən Quran ilə üns mərasimində qiraət edib.

Əhməd Əbulqasiminin yeni qiraəti / videoİQNA-nın verdiyi məlumata əsasən, İranınn beynəlxalq Quran qarisi Əhməd Əbülqasimi, Həzrət Peyğəmbərin (s) mövludu və vəhdət həftəsi münasibəti ilə bir məsciddə keçirilən Quran ilə üns mərasimində qiraət edib. O, Əhzab surəsinin 39-cu ayəsindən 48-ci ayəsinə qədər olan ayələri tilavət edib.

39 - O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.


40- Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!

41- Ey iman gətirənlər! Allahı çox zikr edin!

42 - Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!)

43 - Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər). Allah möminlərə rəhm edəndir!

44 - (Möminlərin) Ona qovuşacaqları gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır.

45 - Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan olaraq göndərdik!

46 -(Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!

47- Möminlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!

48 - Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.

kod

4007934